Təsviri sənətimizin görkəmli nümayəndəsi, Xalq rəssamı Səttar Bəhlulzadənin (1909-1974) anadan olmasının 109-cu ildönümü münasibətilə dekabrın 14-də sənətkarın Əmircan qəsəbəsindəki ev-muzeyində yeni daxil olmuş eksponatların təqdimatı keçiriləcək.
Yeni eksponatlar sırasında Səttar Bəhlulzadənin avtobioqrafiyası, təhsil aldığı Rəssamlıq Texnikumunun vəsiqəsi, Xalq rəssamı Maral Rəhmanzadənin, kimyaçı alim Həbib Məmmədəliyev və başqalarının rəssama ünvanladığı məktublar, Əmircan zəhmətkeşlərinin rəssamın 50 illiyi münasibətilə ona bağışladığı kəlağayı, rəssamın Dövlət Tretyakov Qalereyasında (Moskva) qorunan əsərlərinin reproduksiyaları, Əməkdar rəssam Hüseyn Haqverdiyevin muzeyə bağışladığı slaydlar və digər materiallar var.