Azərbaycan
22 dekabr 1898 – Rejissor, Əməkdar incəsənət xadimi Ağarza Səməndər oğlu Quliyev (1898 - 15.9.1976) Lənkəranda doğulub.
22 dekabr 1906 – Xalq artisti, müğənni Əlövsət Şirəli oğlu Sadıqov (1906-1971) anadan olub.
22 dekabr 1911 – Tanınmış jurnalist, pedaqoq, professor Nəsir İmanquliyev (1911-1998) anadan olub.
22 dekabr 1920 – Yazıçı, ssenarist, kinorejissor Həsən Mehdi oğlu Seyidbəyli (1920 - 25.6.1980) anadan olub.
22 dekabr 1937 – Tarixçi, etnoqraf, AMEA-nın müxbir üzvü Arif Akim oğlu Abbasov (1937-2005) Naxçıvanda doğulub.
23 dekabr 1911 – Şərqşünas, şair, tərcüməçi Məmməd Mübariz Əli oğlu Əlizadə (1911-1994) anadan olub.
23 dekabr 1923 – Əməkdar incəsənət xadimi, rejissor Hüseyn Musa oğlu Sultanov (1923-1993) anadan olub.
23 dekabr 1945 – Əməkdar artist Sadiq Əliabbas oğlu İbrahimov (1945-2015) anadan olub.
24 dekabr 1926 – Əməkdar artist, balaban və klarnet ifaçısı Bəhruz Mahmud oğlu Zeynalov (1926-1998) anadan olub.
24 dekabr 1939 – Şair, yazıçı, Əməkdar mədəniyyət işçisi Məmməd Muxtar oğlu Aslan (1939-2015) Kəlbəcər rayonunun Laçın kəndində doğulub.
25 dekabr 1906 – Kinorejissor, operator Əlisəttar Ələsgər oğlu Atakişiyev (1906 - 7.11.1990) anadan olub.
25 dekabr 1906 – Filologiya elmləri doktoru, professor Əli Abdulla oğlu Sultanlı (1906-1960) Naxçıvanda doğulub.
25 dekabr 1909 – Teatr rejissoru, Xalq artisti Ələsgər Məmmədtağı oğlu Şərifov (1909-1982) Şamaxıda doğulub.
25 dekabr 1910 – Tarixçi, Azərbaycan EA-nın müxbir üzvü Zülfəli İmaməli oğlu İbrahimov (1910-1972) anadan olub.
25 dekabr 1935 – Xalq yazıçısı Yusif Səmədoğlu (Vəkilov; 1935 – 17.8.1998) anadan olub.
25 dekabr 1941 – Xalq artisti Zemfira Məmmədəli qızı Əliyeva (1941-1995) Şəmkirin Morul kəndində doğulub.
Dünya
22 dekabr 1858 – İtalyan bəstəkarı Cakomo Puççini (Giacomo Puccini; 1858 - 29.11.1924) anadan olub.
23 dekabr 1858 – Rejissor, dramaturq, Moskva Bədaye Teatrının qurucularından Vladimir İvanoviç Nemiroviç-Dançenko (1858-1943) anadan olub.
24 dekabr 1798 - Polyak şairi Adam Miskeviç (Adam Bernard Mickiewicz; 1798 - 26.11.1855) anadan olub.
24 dekabr 1867 – Türk şairi, jurnalist Tofiq Fikrət (Mehmet Tevfik Fikret; 1867-1915) İstanbulda doğulub.
24 dekabr 1906 – İngilis yazıçısı, detektiv əsərlər müəllifi Ceyms Hedli Çeyz (James Hadley Chase – Rene Brabazon Raymond; 1906-1985) anadan olub.
25 dekabr 1813 – Alman şairi Fridrix Vilhelm Veber (Friedrich Wilhelm Weber; 1813-1894) anadan olub.
Hazırladı: Vüqar ORXAN