Salvador Dalinin əl işi hərracda milyon dollara satılıb
Məşhur sürrealist rəssam Salvador Dalinin hazırladığı xərçəng dəstəkli telefon hərraca çıxarılıb.
Əsər Böyük Britaniya muzeylərinə satış qiymətinə uyğunlaşma imkanı verildikdən sonra 853 min funta (təxminən 1,08 milyon dollar) Şotlandiya Milli Qalereyası tərəfindən alınıb. Sənət əsəri bundan sonra Edinburqdakı Müasir İncəsənət Qalereyasında nümayiş olunacaq.
Qeyd edək ki, 1930-cu ildə Salvador Dali öz rəhbəri Edvard Ceyms üçün 11 ədəd belə telefon düzəldib. Qalan 10 telefon hazırda ABŞ, Almaniya, Hollandiya, Portuqaliya və Avstraliyadakı muzeylərdə saxlanılır.