Azərbaycan

26 dekabr 1910 – Yazıçı Yusif Şirvan (Yusif Əsgər oğlu Əsgərov; 1910-1979) Şamaxıda anadan olub.

26 dekabr 1919 – Xalq artisti, rəqqasə Əminə Paşa qızı Dilbazi (1919 - 30.4.2010) anadan olub. “Çinar”, “Sevinc” qızlar ansamblını yaradıb. “Ulduz”, “Arşın mal alan” (1965) filmlərində rəqslərə quruluş verib.

26 dekabr 1950 – Xalq artisti Nuriyyə Əliağa qızı Əhmədova (1950 - 10.10.2015) Şəkidə anadan olub. “Bəxt üzüyü”, “Həm ziyarət, həm ticarət” və s. filmlərə çəkilib. 

 

27 dekabr 1932 – Bəstəkar, Xalq artisti Oqtay Kazımi (Oqtay Məmməd oğlu Kazımov; 1932 - 9.8.2010) Astara şəhərində doğulub. Populyar mahnıların müəllifidir.

27 dekabr 1934 – Xalq rəssamı, Dövlət mükafatları laureatı İbrahim İsmayıl oğlu Zeynalov (1934 - 6.3.2008) anadan olub.

 

28 dekabr 1918 – Şair İbrahim Kəbirli (1918-1995) anadan olub.

28 dekabr 1920 – Filosof, akademik, Əməkdar elm xadimi Firudin Qasım oğlu Köçərli (1920 - 3.6.2005) Gədəbəy rayonunun İsalı kəndində anadan olub.

28 dekabr 1927 – Bəstəkar, Əməkdar incəsənət xadimi Nəriman Həbib oğlu Məmmədov (1927 – 6.4.2015) Naxçıvan şəhərində doğulub.

28 dekabr 1937 – Ədəbiyyatşünas, professor Əliyar Qurbanəli oğlu Səfərli (1937 – 4.1.2017) Ordubad rayonunun Anabad kəndində doğulub.

28 dekabr 1941 – Tanınmış şair, publisist Şahmar Əkbər oğlu Əkbərzadə (1941 – 31.8.2000) Ağdam rayonunun Çəmənli kəndində anadan olub. “Mədəniyyət” qəzetinin baş redaktoru (1991-2000) olub.

 

29 dekabr 1921 – Xalq yazıçısı, filologiya elmləri doktoru Əzizə Məmməd qızı Cəfərzadə (1921 - 4.9.2003) anadan olub. Tarixi romanların müəllifidir.

29 dekabr 1929 – Tarix elmləri doktoru, akademik Püstəxanım Əzizağa qızı Əzizbəyova (1929 - 8.1.1998) anadan olub. Azərbaycan EA Tarix İnstitutunun direktoru olub.

29 dekabr 1929 – Xalq rəssamı Kamil Nəcəf oğlu Nəcəfzadə (1929 - 29.9.2011) Lənkəranda doğulub. Bədii filmlərin (“Bizim küçə”, “Ulduz”, “Mən ki gözəl deyildim” və s.), tamaşaların quruluşçu rəssamı olub.

29 dekabr 1946 – Şair Nüsrət Yusif oğlu Kəsəmənli (1946 - 17.10.2003) Qazax rayonunun Kalininkənd kəndində anadan olub.

 

Dünya

 

26 dekabr 1891 – Amerika yazıçısı və rəssamı Henri Miller (Henry Valentine Miller; 1891-1980) anadan olub. “Xərçəng tropiki”, “Oğlaq tropiki”, “Qara bahar” trilogiyasının müəllifidir.

 

27 dekabr 1901 – Alman aktrisası, müğənni Marlen Ditrix (Marlene Dietrich - Marie Magdalene Dietrich; 1901 - 6.5.1992) anadan olub. 30-50-ci illərdə Hollivud ulduzu olub.

 

28 dekabr Beynəlxalq kino günüdür. 1895-ci ilin həmin günü Parisdəki “Qran-kafe”də Lui və Ogüst Lümyer qardaşları özlərinin icad etdikləri “Sinematoqraf” aparatı ilə ilk kinofilmi (“Fəhlələrin fabrikdən çıxması”) nümayiş etdiriblər.

28 dekabr 1888 – Alman rejissoru, səssiz kinonun görkəmli nümayəndəsi Fridrix Vilhelm Murnau (Friedrich Wilhelm Murnau; 1888-1931) anadan olub.

28 dekabr 1903 – Rus rejissoru Mixail Konstantinoviç Kalatozov (1903-1973) anadan olub. “Durnalar uçur” filmi Kann festivalının qalibi (1957) olub.

28 dekabr 1925 – Məşhur rus şairi  Sergey Yesenin (3.10.1895 - 1925) intihar edib.

28 dekabr 1945 – Amerika yazıçısı Teodor Drayzer (Theodore Herman Albert Dreiser; 27.8.1871 - 1945) vəfat edib.

 

29 dekabr 1775 – İtalyan əsilli Rusiya memarı Karl Rossi (Carlo di Giovanni Rossi; 1775-1849) Neapolda anadan olub. Sankt-Peterburq şəhərində məşhur tikililərin müəllifidir.

Hazırladı:  Vüqar ORXAN