Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mirzə Şəfi Vazeh adına Mərkəzi kitabxanasının “Yaradıcı oxucularımız” layihəsi çərçivəsində yazıçı-publisist, politoloq Reyhan Mirzəzadənin “Bəşəri zəkanın rus dahiləri” kitabı işıq üzü görüb.

Kitab UNESCO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan komitəsi və MDB-nin Kitab Yayımı Assosiasiyasının loqosu ilə nəşr olunub.

Topluda böyük rus yazıçıları L.N.Tolstoy, A.P.Çexov, A.S.Qriboyedov, M.Qorki, V.V.Mayakovski, habelə tanınmış pedaqoqlar A.S.Makarenko, K.D.Uşinski, A.O.Çernyayevski, A.V.Suxomlinski haqqında esselər və araşdırma yazıları yer alıb.