Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Q.Musabəyov adına 3 nömrəli kitabxana filialının oxucuları və əməkdaşları Fəxri xiyabanda Xalq yazıçısı, dramaturq İmran Qasımovun məzarını ziyarət ediblər. Ziyarətçilərə görkəmli ədibin yaradıcılığı haqqında məlumat verilib.