Bakı bulvarına Dənizkənarı Milli Park statusu verilməsinin 20-ci ildönümü münasibətilə dekabrın 29-da bayram konserti təşkil olunub.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində təşkil olunan konsert proqramı Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Televiziyasının birgə layihəsi əsasında reallaşıb. Konsertdə Azərbaycan Televiziyasının musiqi kollektivləri və solistləri çıxış ediblər. Onların ifasında musiqi nömrələri paytaxtın sakinləri və qonaqları tərəfindən maraqla qarşılanıb.

Xatırladaq ki, ulu öndər Heydər Əliyev 1998-ci il dekabrın 29-da Dənizkənarı bulvara Milli Park statusu verilməsi haqqında fərman imzalayıb.