Argentinanın ölkəmizdəki səfirliyi ilə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin növbəti birgə layihəsi – Klaudia Pineironun “Bir damcı bəxt” romanı nəşr olunub.

Əsəri orijinaldan Emin Ələsgərov tərcümə edib. Redaktoru Nəriman Əbdülrəhmanlıdır.

Roman baş qəhrəman Marianın acı taleyindən, ana və oğul arasında yaşanan mürəkkəb münasibətlərdən bəhs edir.

Kitab Argentina Xarici İşlər və Etiqad Nazirliyinin Tərcümələrə dəstək üzrə “Sur (Cənub)” proqramı çərçivəsində ərsəyə gətirilib.