İtaliyanın Venesiya şəhərini birgünlük ziyarət edən turistlərdən haqq alınacaq. Venesiya meri Luici Bruqnaro bildirib ki, şəhərə birgünlük gələn turistlərdən giriş üçün ödənişin məbləği qeyri-mövsümi vaxtda 2 avro, mövsümi vaxtda isə 10 avro olacaq.

Luici Bruqnaro diqqətə çatdırıb ki, bu qayda turistlərin Venesiyanı tərk etdikdən sonra şəhərin nizama salınmasına vəsait ayırmaq imkanı yaradacaq.