Xətai Sənət Mərkəzində növbəti sərgi 20 Yanvar faciəsinin qurbanlarına həsr olunacaq. “Azadlıq aşiqləri günü - 20 Yanvar” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi yanvarın 18-də açılacaq.
Sərgi Mədəniyyət Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşəcək.
Müsabiqə iki yaş kateqoriyası üzrə (12 yaşa qədər və 12-17 yaş) keçirilir.