Tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin (BDU) professoru İsmayıl Məmmədovun “Azərbaycanın etnik və siyasi tarixi” və “Azərbaycanın tarixi xəritələri” adlı kitabları Amerika Birləşmiş Ştatlarında (Raley şəhəri, Şimali Karolina Ştatı) nəşr olunub.

BDU-dan bildiriblər ki, AMEA-nın əməkdaşı Fatma Fərəcova tərəfindən ingilis dilinə tərcümə edilmiş həmin kitabların redaktoru Maykl Brannokdur.

Nəşrlərdə Azərbaycanın etnik və siyasi tarixi ən qədim zamanlardan bugünkü dövrə qədər tədqiq edilib. Kitablarda eramızdan əvvəl ölkəmizin ərazisində yaşayan türkmənşəli tayfalar, Azərbaycan xalqının yaranması, Azərbaycan dövlətləri, dövlət başçıları barədə məlumatlar verilib.