Almaniyada bəzi avtomobil həvəskarları parklama nəzarətçilərinə qarşı “müharibə”ni “igidlik” hesab edirlər. Onlar öz restoranının yaxınlığında, piyadalar üçün nəzərdə tutulan zonada avtomobillərin parklanmasının qadağan olunmasını əsassız hesab edərək, maşınlarını bilərəkdən həmin yerlərdə saxlayırlar.
Nəzarətçilər həmin sürücülər üçün cərimə çekləri yazırlar. Lakin avtomobil həvəskarları bu cərimələri ödəməyə tələsmir və istədikləri yerdə parklama hüququnu sübut etməyə çalışaraq nəzarətçiləri məhkəməyə verirlər.
Sürücü xüsusilə inadkarlıq etdikdə onu xalq arasında “səfehlər üçün test” (Idiotentest) deyilən tibbi-psixoloji müayinə keçməyə göndərirlər. Adətən bu cür müayinəyə sərxoş vəziyyətdə sükan arxasında əyləşənləri göndərirlər. Parklama qaydalarını mütəmadi pozanlara bu cür testdən savayı sürücülük hüququndan məhrum edilmə cəzası da tətbiq oluna bilər.