Q.Kamal adına Tatarıstan Dövlət Akademik Teatrı ilk dəfə Hindistana gedəcək. Teatr Hindistan Milli Dram Məktəbinin təşkil etdiyi festivalda çıxış edəcək. Kollektiv fevralın 6-dan 8-dək Dehli və Varanasi şəhərlərində rejissor F.Bikçantayevin quruluşunda S.Qaffarovanın “Gəlmə” pyesini oynayacaq.

Artıq bir neçə festivala dəvətli olan tamaşanın baş qəhrəmanı Nakip II Dünya müharibəsində əsir düşən sovet əsgərlərindən biridir. Əsirlikdən azad olunduqdan sonra həbs ediləcəyindən qorxan Nakipi tale Kanadaya aparıb çıxarır. Orada tatar milli adət-ənənələrini yaşatmağa çalışır, tatar yeməkləri bişirir, Hellouin əvəzinə Sabantuyu bayram edir. Bir gün qonşusu, onun kimi “gəlmə” olan şotlandiyalı Samuel xəbər gətirir ki, indən belə keçmiş sovet vətəndaşları vətənə dönə bilərlər...

Əsl tamaşa da elə bundan sonra başlayır.

GÜLCAHAN