Banqladeşin paytaxtı Dəkkədə başa çatmış Beynəlxalq kino forumunda qırğız kinematoqrafçılarının istehsal etdiyi “Ağacın nəğməsi” (“Darak ırı”) filmi “Asiya filmləri” əsas müsabiqə proqramında “Ən yaxşı film” nominasiyasında qalib gəlib.

Rejissor Aybek Dayırbekovun filmini İlyas Kançan (Banqladeş), Yasi Kvin (Çin), Fransua Dartemir (Fransa), Maqnus Mayer Arnesen (Norveç) və Yovan Markoviç (Serbiya) kimi dünya kinematoqrafının ünlü isimlərinin daxil olduğu münsiflər heyəti bu mükafata layiq bilib.

Dəkkə festivalında Qırğızıstandan beş film iştirak edib. “Qadın rejissorların filmləri” seksiyasında Yelizaveta Stişovanın “Süleyman dağı” və Çolponay Borubayevanın “Ömür”, “Mənəviyyat haqqında filmlər” bölməsində Ayzadə Alımbek qızının “Özək”, “Qısametrajlı və müstəqil filmlər”də Asel Çotkarayevanın çəkdiyi “Mələk” nümayiş olunub.

GÜLCAHAN