Fevralın 2-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Gənclər gününə həsr edilmiş sərgi açılacaq.
Sərgi Gənclər və İdman Nazirliyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşacaq. Sərgidə 150 gənc fırça ustasının 200-dən çox əsəri nümayiş olunacaq.
Ekspozisiyada müxtəlif janrlarda əsərlər yer alacaq. Sərgi dörd gün ziyarət üçün açıq olacaq.