Ağcabədi rayon Heydər Əliyev Mərkəzində gənc şair Cahandar Aybərin “Alnımızdadır göy üzü” adlı ilk şeirlər kitabının təqdimatı keçirilib.

Mərkəzin direktoru, “Ələk” ədəbi məclisinin rəhbəri Məhsəti Musa, AYB-nin üzvü Gündüz Sevindik, Vəli Qurbanoğlu, Saqif Zeynal, rayon İcra Hakimiyyətinin əməkdaşı Vüsalə Məmmədova, oxucular çıxış edərək gənc şairin yaradıcılığından bəhs edib, onun istedadlı və zəhmətkeş qələm sahibi olduğunu vurğulayıblar.

Mərkəzdə fəaliyyət göstərən “Həvəskar aktyorluq və bədii qiraət” kursunun üzvü Röyalə Hümbətova və şairin özü kitabdan nümunələr söyləyiblər.