Fevralın 12-də Ankarada – Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mərkəzi qərargahında görkəmli dramaturq, şair, yazıçı, teatr və kino xadimi Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə konfrans keçiriləcək.

Yubiley tədbiri TÜRKSOY-un həyata keçirdiyi “Türk dünyasının görkəmli şəxslərinin tanıdılması” layihəsi çərçivəsində gerçəkləşəcək.

Konfransda professor İsrafil İsrafilovun Cəfər Cabbarlının həyat və yaradıcılığı ilə bağlı məruzəsi dinləniləcək.

İştirakçılara yubilyarın yaradıcılığını əhatə edən geniş bədii proqram da təqdim ediləcək.