Türkiyə Dövlət Opera və Balet Teatrının repertuarında xüsusi yer tutan “Troya” operası Moskvanın məşhur Böyük Teatrında nümayiş olunacaq.

Tamaşanın nümayişi “2019: Rusiya – Türkiyə mədəniyyət və turizm ili” çərçivəsində reallaşacaq.

Aprelin 8-də rusiyalı teatrsevərlərə təqdim ediləcək tamaşa Böyük Teatrda nümayiş olunacaq ilk türk səhnə əsəridir.

Operanın nümayişində 300 nəfərə yaxın yaradıcı heyət iştirak edəcək. Bundan başqa, sözügedən səhnə əsərinin yaxın vaxtlarda Berlində də nümayişi nəzərdə tutulur.

Qeyd edək ki, “Troya” operasını Homerin məşhur “İliada” eposunun motivləri əsasında rumıniyalı bəstəkar Bujor Hoinic yazıb. Bu, əcnəbi bəstəkarın türkcə yazdığı ilk operadır. Əsər 2018-ci ildə Ankarada tamaşaya qoyulub.