Britaniya Şurası (British Council) 73 il sonra ingilis yazıçısı Corc Oruelldən üzr istəyib və onun “İngilis kulinariyasının müdafiəsi üçün” essesini, nəhayət, dərc edib. Şura bu esseni müəllifə 1946-cı ildə özü sifariş edibmiş, lakin sonra qərarını dəyişib. Ədibə deyiblər ki, esseni dərc etmək ağılsızlıqdır, çünki Böyük Britaniya vətəndaşları İkinci Dünya müharibəsinin aclıq günlərini hələ unutmayıblar.

Məşhur “1984” və “Ağıl” romanlarının müəllifinin essesi uzun illərdən sonra oxuculara çatıb. Əsər Oruell Fondunun icazəsi ilə tam həcmdə Britaniya Şurasının saytında yerləşdirilib.

Yazıçı əsərdə Britaniya adaları üçün tipik olan pəhrizdən ətraflı yazıb. O, britaniyalıların mətbəxi barədə mülahizə yürüdərək, bu və ya digər bölgə üçün ənənəvi olan yeməklər üzərində ətraflı dayanır, Avropadan gələn hər hansı kulinariya yeniliyini bir kənara qoyur. Oruell hətta essenin sonunda pendirli Valliya qrenkiləri, Yorkşir pudinqi, patkalı piroq, qaymaqlı tort, Milad pudinqi kimi məşhur yeməklərin ətraflı reseptlərini təqdim edib. Tərkibində çoxlu şəkər və su olan portağallı marmelad reseptinin altında isə əlyazısı ilə “Pis reseptdir!” sözlərini yazıb.