İyunun 2-də Yazıçılar Birliyinin Natəvan klubunda Telman Vəlixanlının tərcüməsində görkəmli rus yazıçısı Dostoyevskinin “Karamazov qardaşları” kitabının təqdimatı keçiriləcək. Tanınmış tərcüməçilərin, ədəbi ictimaiyyətin iştirakı ilə keçiriləcək tədbirdə tərcümənin keyfiyyətindən, eyni zamanda, romanın rus və dünya ədəbiyyatındakı yerindən söz açılacaq.