Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində bəstəkar, Milli Konservatoriyanın professoru, Əməkdar incəsənət xadimi Məmmədağa Umudovun 70 illiyi münasibətilə tədbir keçirilib.
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova, Azərbaycan Milli Konservatoriyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Jalə Qulamova çıxış edərək bəstəkarın yaradıcılıq yolu haqqında məlumat veriblər.
Xalq artistləri Tofiq Bakıxanov, Ramiz Quliyev, Azər Dadaşov, professor Arif Əsədullayev, Əməkdar incəsənət xadimi Vasif Allahverdiyev yubilyarı təbrik edərək yaradıcılığından söhbət açıblar.
Sonra tədbir konsert proqramı ilə davam edib.
Sonda Məmmədağa Umudov çıxış edərək tədbir iştirakçılarına minnətdarlığını bildirib və Niyazinin mənzil-muzeyinə yeni nəşrlərini hədiyyə edib.