Dinamik, şən, səmimi, peşəkar, istedadlı italyan müğənni və aktyor Adriana Çelentanoya səhnəyə sığmayan adam da demək olar, əfsanə adam da.

1961-ci ildə iştirak etdiyi San-Remo musiqi festivalından sonra qazandığı uğurla milyonların sevimlisinə çevrilən Çelentano çəkildiyi filmlər və ifa etdiyi mahnılarla bütün zamanlarda sevilmək haqqını özündə saxlamağı bacarıb.

81 yaşlı əfsanə-sənətkar öz enerjisi, həyatsevərliyi ilə tamaşaçılarını heyran etməkdədir. Onun “A Un Passo Da Te” adlı rəqs və enerji dolu hiti internetdə (YouTube) 61 milyon baxış sayı yığıb. Mahnı musiqisevərlər və Çelentano sənətinin vurğunları tərəfindən böyük maraqla qarşılanıb.

LALƏ