Səudiyyə Ərəbistanında ilk konservatoriya binası inşa ediləcək. Bu barədə Səudiyyə Ərəbistanı Krallığının Əyləncələr üzrə Baş İdarəsinin direktoru Turki Al əş-Şeyx açıqlama verib.
Bildirib ki, Mədəniyyət Şurası konservatoriyanın tikintisinə icazə verilməsi imkanlarını öyrənir.
Bundan sonra sosial şəbəkələrdə islahat tərəfdarları ilə mühafizəkarlar arasında mübahisələr başlayıb. Opponentlərin, yaşlı nəslin nümayəndələrinin fikrincə, musiqi təhsilinin dəstəklənməsi islam normalarını pozur.
Musiqi, ilk növbədə, kütləvi çıxışlar yaxın keçmişə qədər Səudiyyə Ərəbistanında dövlət səviyyəsində qadağan edilmişdi. “Baxış-2030” planının qəbul edilməsi vəziyyəti dəyişib. Ölkədə müntəzəm olaraq konsertlər və festivallar təşkil edilməyə başlanıb, ilk opera binasının tikintisi planlaşdırılır. Təkcə bu il Səudiyyə Ərəbistanında Merayya Keri, Andrea Boçelli və multiinstrumentalçı Yanni kimi musiqiçilər çıxış ediblər. Bu il Taif və Ər-Riyad əyalətlərində dövlət universitetləri bazasında musiqi alətlərində ifa kursları, vokal və səhnə mədəniyyəti sinifləri açılıb.