Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcısı və baş rejissoru, Xalq artisti Bəxtiyar Xanızadə Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin (BXA) tələbələri üçün ustad dərsi keçib.
Əvvəlcə BXA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Sonaxanım İbrahimova Xalq artisti Bəxtiyar Xanızadənin yaradıcılığı, Azərbaycanda pantomima teatrı sənətinin inkişafında rolu barədə məlumat verib.
B.Xanızadə çıxış edərək BXA-nın professor-müəllim, tələbə heyətini salamlayıb, ilk dəfə gəldiyi təhsil kompleksi haqqında təəssüratlarını bölüşüb. Sonra o, pantomima və onun yaranma tarixindən söhbət açıb, aktyor və obraz, aktyor və rejissor münasibətləri haqqında danışıb.
Praktik məşğələdə Pantomima teatrının aktyor heyəti və B.Xanızadə “Dejavü”, “Kişilər və qadınlar”, “Adagio”, “Underground” tamaşalarından fraqmentlər nümayiş etdiriblər.