Rusiyalılar bundan sonra muzey-qoruqların hüdudları daxilində yerləşən su hövzələrində nə çimə, nə də kabab bişirə biləcəklər. Bu qadağa təbiət abidələri sayılan su ehtiyatlarının mühafizəsinə dair yeni qanunda təsbit olunub.
Su Məcəlləsinə və “Muzey fondu haqqında” qanuna dəyişikliklər muzey-qoruqlarda yerləşən çay, göl və digər su hövzələrinin sahil xətlərində olması qaydalarını dəqiqləşdirir.
Rusiyada 12 muzey-qoruğun su hövzələri ilə əlaqəsi var. Onların hamısında su hövzələrinin mühafizəsi ilə bağlı bənzər problemlər mövcuddur. Qoruq olan su obyektlərində vətəndaşların nəzarətsiz olması təkcə orada ekskursiyalar keçirməyə maneçilik törətmir, həm də təbiət abidələrinin qorunmasına təhlükə yaradır.