Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Mstislav Rostropoviç Fondunun təşkilatçılığı ilə 23-27 aprel tarixində Bakıda X Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçiriləcək.
Festivalda Rusiya, Almaniya, İsveçrə, İspaniyadan dünya şöhrətli musiqiçi və kollektivlər, o cümlədən Lozanna Kamera Orkestri, Boris Eyfmanın Akademik Balet Teatrı (Sankt-Peterburq), “Münchenklang” Orkestri iştirak edəcəklər.
Festival çərçivəsində Heydər Əliyev Sarayında aprelin 26-da Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Konsertin dirijoru Fuad İbrahimov, solisti Pablo Fernandes (cello) olacaq. Proqramda Cüzeppe Verdi, Kamil Sen-Sans və İqor Stravinskinin əsərləri səsləndiriləcək.