Gürcüstanın paytaxtı Tiflisdə 6-7 aprel tarixində “Böyük Qafqaz rəqs kuboku” yarışması keçirilib.

Müsabiqədə Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər Uşaq incəsənət məktəbinin “Qarabağ” rəqs kollektivi də iştirak edib.

Məktəbin 10 yaşlı 8 şagirdinin yer aldığı rəqs kollektivi ilk gün “Vals” nömrəsi ilə çıxış edərək birinciliyi – kubok və diplom qazanıb.

Yarışmanın növbəti mərhələsində kollektivimiz yarışmanın təşəkkür diplomu və nümunəvi çıxışları ilə seçilən kollektivlər üçün nəzərdə tutulmuş kubokla təltif olunub.

Beləliklə, Ü.Hacıbəyli adına Uşaq incəsənət məktəbinin rəqs kollektivi Gürcüstanın Batumi şəhərində keçiriləcək “Qızıl ulduz” rəqs festivalında iştirak hüququ qazanıb.