Kanadalı violonçel ifaçısı, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunu, Monreal Kamera Musiqisi Cəmiyyətinin bədii rəhbəri Velitçka Yotçeva Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) ustad dərsi keçib.

BMA-dan bildirilib ki, ustad dərsində Velitçka Yotçeva tərəfindən ifa olunan əsərlərin ümumi təhlili təqdim edilib. Akademiyanın müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən ustad dərsi maraqla qarşılanıb.