Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon MKS-nin Mərkəzi kitabxanası “Play Arena” məktəbəqədər tərbiyə müəssisəsində “Ucadan oxu” saatı keçirib.

Kitabxananın əməkdaşları balacalara “Şir və dovşan”, “Qarışqa və böcək” nağıllarını oxuyublar. Uşaqlar şeir söyləyib, mahnı ifa ediblər.

Sonda kiçikyaşlı oxuculara uşaq yazıçısı Gülzar İbrahimovanın “Ciddi ol!” yumoristik kitabı hədiyyə olunub.