Ölkə Prezidentinin “Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında” 17 oktyabr 2017-ci il tarixli sərəncamının icrası ilə əlaqədar Mədəniyyət Nazirliyinin dəstəyi və Avropa Mədəniyyətlərarası Əməkdaşlıq Forumunun təşkilatçılığı ilə “Qara Qarayev – seçilmiş fortepiano əsərləri” kitabı Almaniyada çap olunub.

“Bellmann” musiqi nəşriyyatı tərəfindən alman dilində şərhlərlə nəşr olunan kitaba, həmçinin Azərbaycanın Əməkdar artisti Elnarə İsmayılovanın ifasında Qara Qarayevin fortepiano əsərlərindən ibarət audio disk daxil edilib.

Kitab Almaniyada musiqimizin geniş təbliği, avropalı gənc nəslə Azərbaycan musiqisinin parlaq simalarını tanıtmaq məqsədilə hazırlanıb.