Beynəlxalq Muğam Mərkəzində “Dəyirmi masa” layihəsi çərçivəsində “Azərbaycan tarının, tar ailəsinin ölçü sistemləri və əmsallarının təyin edilməsi məsələləri” mövzulu elmi-praktik konfrans keçirilib.

Milli Konservatoriyanın prorektoru Lalə Hüseynova çıxış edərək konfransın əhəmiyyətindən söz açıb. Qeyd edib ki, Milli Konservatoriyanın nəzdində yaradılan Milli musiqi alətlərinin təkmilləşdirilməsi elmi tədqiqat laboratoriyasında mühüm işlər görülür. Burada hər bir musiqi aləti təkmilləşdirilir, qədim alətlər bərpa olunur, yeni alətlər yaradılır.

Sonra laboratoriyanın rəhbəri Məmmədəli Məmmədovun tar əmsallarına və standartlarına həsr edilmiş məruzəsi dinlənilib.

Konfrans maraq doğuran sualların müzakirəsi ilə davam edib.