Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Zığ qəsəbə Mədəniyyət evi ilə Suraxanı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 saylı filialının birgə təşkilatçılığı ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş qəzəl qiraəti müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Baş idarədən bildirilib ki, Zığ qəsəbəsindəki Qəhrəman Qəhrəmanov adına 65 nömrəli tam orta məktəbdə təşkil olunan tədbirdə müsabiqədə I, II və III yerin sahiblərinə diplomlar təqdim edilib.