Azərbaycan

22 aprel 1894 – Xalq artisti Ağahüseyn Xəlil oğlu Cavadov (1894 - 20.7.1981) Bakının Xırdalan kəndində anadan olub. Akademik Dram, Musiqili Komediya teatrlarında işləyib. “Qızmar günəş altında”, “Bir qalanın sirri”, “Görüş”, “Şərikli çörək” və s. filmlərdə maraqlı obrazlar yaradıb.

22 aprel 1911 – Xalq rəssamı Hüseyn Əlirza oğlu Əliyev (1911 - 25.5.1991) Zəngəzur mahalının Qarakilsə bölgəsinin Comərdli kəndində doğulub. İlk karikaturaları “Molla Nəsrəddin” jurnalında dərc olunub. Əsasən qrafika ilə məşğul olub, mənzərə ustası kimi tanınıb.

22 aprel 1912 – Əməkdar incəsənət xadimi, musiqişünas Məmmədsaleh Cəmil oğlu İsmayılov (1912 - 10.5.1994) аnаdаn оlub.

22 aprel 1942 – Görkəmli aktyor, rejissor Həsən Əbluc (1942 - 13.3.1994) Təbrizdə doğulub. Uşaq yaşlarında ailəsi ilə Bakıya köçüb. Teatrda, televiziya tamaşalarında, kinoda (“Qanlı zəmi”, “Tənha narın nağılı”, “Pəncərə” (aktyor və rejissor) maraqlı obrazlar yaradıb.

 

23 aprel 1909 – Yazıçı-publisist Səməd Ağaoğlu (Səməd Əhməd bəy oğlu Ağayev; 1909-1981) anadan olub.

 

24 aprel 1866 – Yazıçı-publisist, maarif xadimi Sultanməcid Hacı Murtuzəli oğlu Qənizadə (1866-1942) Şamaxıda doğulub. Teatr xadimləri haqqında xatirələr yazıb, rus yazıçılarından tərcümələr edib.

24 aprel 1872 - Yazıçı-publisist Ömər Faiq Nemanzadə (1872-1937) Gürcüstanda, Ahıska (Axalsix) qəzasının Azqur kəndində anadan olub. “Molla Nəsrəddin” dərgisinin yaradıcılarından olub.

24 aprel 1902 – SSRİ Xalq artisti İsmayıl Osman oğlu Osmanlı (1902 - 22.6.1978) Şəkidə anadan olub. Akademik Dram Teatrında çalışıb. “O olmasın, bu olsun”, “Mən ki gözəl deyildim”, “Nəsimi”, “Yeddi oğul istərəm” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

25 aprel 1905 – Ədəbiyyatşünas, şair, tərcüməçi Mikayıl Həsən oğlu Rəfili (1905 - 25.4.1958) Goranboy rayonunun Borsunlu kəndində doğulub. “Səbuhi” filminin (1941) ssenari müəllifidir.

25 aprel 1914 – Xalq artisti Məhəmməd İsmayıl oğlu Burcəliyev (1914 - 25.11.1994) Şəkidə doğulub. Şəki, Gəncə teatrlarında çalışıb. “Dəli Kür”, “Gözlə məni” və s. filmlərdə çəkilib.

25 aprel 1925 – Yazıçı, Əməkdar incəsənət xadimi Məmmədhüseyn Rüstəm oğlu Əliyev (1925-1994) Lerik rayonunun Kürdəsər kəndində anadan olub.

 

Dünya

 

22 aprel 1707 – İngilis yazıçısı Henri Fildinq (Henry Fielding; 1707-1754) anadan olub. Əsərləri: “Tom Consun hekayəti”, “Emiliya” və s.

22 aprel 1724 – Klassik alman fəlsəfəsinin banisi İmmanuel Kant (1724 - 12.2.1804) anadan olub. Əsərləri: “Saf idrakın tənqidi”, “Mənəviyyat metafizikasının əsasları” və s.

22 aprel 1899 – Rus yazıçısı Vladimir Nabokov (1899-2.7.1977) anadan olub. Əsərləri: “Maşenka”, “Bəxşiş”, “Lujin müdafiəsi”, “Qətlə dəvət”, “Lolita” və s.

 

23 aprel Dünya Kitab və Müəllif Hüquqları Günüdür (World Book and Copyright Day). 1995-ci ildə UNESCO-nun 28-ci sessiyasında təsis olunub. Vilyam Şekspir və Migel de Servantesin xatirəsinə ehtiram olaraq təsis edilib.

 

23 aprel 1616 – İngilis şairi və dramaturqu Vilyam Şekspir (William Shakespeare; 26.4. 1564 - 1616) vəfat edib. “Romeo və Cülyetta”, “Hamlet”, “Kral Lir”, “Otello”, “Makbet” və s. dram əsərlərinin, komediya və sonetlərin müəllifidir.

23 aprel 1616 – İspan yazıçısı Migel de Servantes (Miguel de Cervantes Saavedra; 29.9.1547 - 1616) vəfat edib. Əsərləri: “Don Kixot”, “Persiles və Sigizmunda” (roman), “Parnasa səyahət” (poema).

23 aprel 1891 – Rus bəstəkarı Sergey Prokofyev (1891-1953) anadan olub. Əsərləri: “Hərb və sülh”, “Əsl insan haqqında povest” (opera), “Romeo və Cülyetta”, “Zoluşka” (balet) və s.

23 aprel 1902 – İsland yazıçısı, Nobel mükafatı laureatı (1955) Haldour Kilyan Laksness (Halldór Kiljan Laxness; 1902-1998) аnаdаn оlub. Əsərləri: “İsland zınqırovu”, “Qaytarılmış cənnət”.

 

24 aprel 1845 – İsveçrə yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1919) Karl Fridrix Şpitteler (Carl Friedrich Georg Spitteler; 1845-1924) anadan olub.  Əsərləri: “Olimpiya baharı” (epik poema), “Prometey və Epimetey”.

 

25 aprel 1928 – SSRİ Xalq artisti Yuri Vasilyeviç Yakovlev (1928 - 30.11.2013) anadan olub. Filmləri: “İdiot”, “Qusar balladası”, “Xoş təsadüf və ya həmişə təmizlikdə”, “İvan Vasilyeviç peşəsini dəyişir” və s.

Hazırladı:  Vüqar ORXAN