Almaniyanın ARD telekanalının internet səhifəsində may ayında  İsraildə keçiriləcək “Eurovision 2019” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Çingiz Mustafayevin ifa etdiyi “Truth” (“Həqiqət”) mahnısının klipi və bu klipə dair müxtəlif insanların fikirlərinin əks olunduğu videoçarx yerləşdirilib.

Müsabiqənin şərhçisi Peter Urban musiqinin müasir bəstə olduğunu, aktrisa Katrin İngendoh və telekanalının redaktoru Tomas Mor onun gözəl səsləndiyini qeyd ediblər.

Çingiz Mustafayevin ifa etdiyi mahnının klipi “Das Erste” telekanalının internet səhifəsində də yerləşdirilib.

“Eurovision 2019” mahnı müsabiqəsi mayın 14-dən 18-dək Təl-Əvivdə keçiriləcək. Azərbaycan təmsilçisi müsabiqənin ikinci yarımfinalında (16 may) 18-ci nömrə olaraq çıxış edəcək.