ABŞ-da dünya şöhrətli rəssam Leonardo da Vinçiyə aid olduğu ehtimal edilən saçın DNT analizi aparılacaq.
Bu barədə araşdırmanı aparan iki italyan eksperti məlumat yayıb. Bildirilib ki, aşkar olunan saçın yaxın vaxtlarda DNT analizi aparılması üçün aidiyyəti üzrə təhvil veriləcək.
Mütəxəssislər tapıntını dahi rəssamın ölümünün 500-cü ildönümü günü mayın 2-də, Florensiya yaxınlığındakı Vinçi şəhərində mətbuat konfransında ictimaiyyətə təqdim ediblər.
Bildirilib ki, bu tapıntı uzun müddət ABŞ-da kolleksiyada gizli saxlanılıb. Aşkar edilən saç dəstəsi ilk dəfə rəssamın qədim fransız mənşəli olduğunu təsdiq edən sənədlərlə birgə nümayiş olunub.