Mayın 31-də Heydər Əliyev Sarayı və ARB TV-nin birgə təşkilatçılığı ilə “Söhbət var” adlı musiqili-əyləncəli konsert proqramı keçiriləcək.

Əməkdar artist Dilarə Əliyevanın aparıcılığı ilə keçiriləcək konsertdə yumor dolu proqram tamaşaçıları gözləyir. Konsertdə müğənnilər Elza Seyidcahan, Nadir Qafarzadə, Pərviz Bülbülə və Türkan, Vasif Məhərrəmli, Xatun, Roza Zərgərli, Namiq Qaraçuxurlu, Rauf və başqaları iştirak edəcəklər.

* * *

İyunun 25-də Heydər Əliyev Sarayında Xalq artisti, bəstəkar Oktay Kazıminin mahnılarından ibarət konsert proqramı təqdim olunacaq.

Gecədə xalq artistləri Azər Zeynalov, Samir Cəfərov, Zaur Rzayev, Nazpəri Dostəliyeva, Mələkxanım Əyyubova, əməkdar artistlər Teymur Əmrah, Zaur Əmiraslanov, Arzu Əliyeva, İlkin Əhmədov, Zakir Əliyev, Aybəniz Haşımova, Lalə Məmmədova və başqaları iştirak edəcəklər. İfaçıları Cavad Tağızadənin dirijorluğu ilə Azərbaycan Televiziya və Radiosunun Tofiq Əhmədov adına Estrada simfonik orkestri və Əhsən Dadaşov adına “Xatirə” Xalq çalğı alətləri ansamblı müşayiət edəcək.

Proqramda unudulmaz bəstəkarın “Əlvida”, “Bakının qızları”, “Qocalır anam”, “Tələsin, insanlar”, “Qaytar eşqimi”, ”Cavanlığım” və digər sevilən mahnıları səslənəcək.