İyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında Xalq artisti Aygün Kazımovanın konserti keçirilib. Müğənni “Aygün şou” adlı proqramda sevilən mahnılarını oxuyub.

Uşaqların bayram günündə keçirilən konsertdə müğənni nağıl və film qəhrəmanlarının iştirakı, peşəkar rəqqasların müşayiəti ilə çıxış edib.

Heydər Əliyev Mərkəzinin parkında ilk dəfə olaraq təqdim edilən şou burada dincələnlərin – uşaqdan böyüyə hər kəsin marağına səbəb olub.