Avqustun 23-də Moskvada ənənəvi “Spask qülləsi” hərbi musiqi festivalı açılacaq. Festivalda ilk dəfə Türkiyə Silahlı Qüvvələrinin “Armoni” orkestri iştirak edəcək. Bu barədə festivalın təşkilat komitəsi məlumat yayıb.

“Armoni” orkestrinin tarixi Osmanlı imperiyası dövründən başlayır. II Sultan Mahmudun fərmanı ilə 1826-cı ildə yaradılmış orkestrin repertuarında dünya klassik musiqisinin nümunələri, milli və xarici marşlar əsas yer tutur. Orkestrə polkovnik Murat İçli rəhbərlik edir.

MEHPARƏ