Rusiyanın İqor Moiseyev adına Dövlət Akademik Xalq Rəqsləri Ansamblı Heydər Əliyev Mərkəzində üçgünlük konsert proqramına yekun vurub.

Bu, dünyada “İqor Moiseyev baleti” kimi tanınan məşhur kollektivin 20 illik fasilədən sonra Bakıda ilk çıxışıdır.

Konsert proqramında XX əsrin əfsanəvi xoreoqrafı İqor Moiseyevin dünya klassik irsi kimi tanınan “Yay” rus rəqsi, “Çobanlar” Azərbaycan rəqsi, “Sirtaki” yunan rəqs süitası, Mixail Qlinkanın musiqisinin müşayiəti ilə “Araqon Hota”, argentinalı çobanların “Qauço” rəqsi, əfsanəvi “Alma” rəqsi və s. nömrələr təqdim olunub. Kollektiv son əsəri, argentinalı xoreoqraf Laura Roattanın səhnələşdirdiyi “Tango del Plata” rəqsinin premyerasını da Bakıda edib.

Qeyd edək ki, konsert SOCAR və “Qazprombank”ın dəstəyi ilə təşkil olunub.