Türkiyənin Tekirdağ şəhərində 55-ci Gilas festivalı keçirilib. Süleymanpaşa Bələdiyyəsi tərəfindən 7-9 iyun tarixində təşkil edilən ənənəvi festivalda tanınmış incəsənət xadimləri iştirak ediblər.

Festivalda insanlar müxtəlif rəngli geyimlərdə yürüş ediblər, Türk Hava Qurumunun dəstəyi ilə paraşütlə tullanıblar.

Tədbir çərçivəsində “Gilas gözəli” gözəllik müsabiqəsi də keçirilib.