İyunun 8-dən 16-dək Bakıdakı “Fairmont” hotelində Türkiyə mətbəxinin ləziz nümunələri təqdim olunur. İstanbuldakı “Fairmont” hotelinin “Aila” restoranının aşpazları “Fairmont Baku”dakı “Alov” restoranında müştərilərə Anadolu yeməklərini İstanbul ləzzəti və türk kulinariya mədəniyyətinin vəhdətində təqdim edir.
Tədbirin ilk günündə Türkiyənin ən məşhur hotellərində çalışan aşpaz Əmrə İnanırın hazırladığı türk mətbəxinin bir-birindən dadlı soyuq və isti yeməkləri, desert və qəlyanaltıları, eləcə də fast-food yeməkləri türk mətbəxinin zənginliyini nümayiş etdirib. Layihənin təşkilatçıları Türkiyənin Azərbaycandakı səfirliyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, “Turkish Airlines” və “Fairmont” hotellər şəbəkəsidir.