Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Dövlət Teatr Muzeyi və Bakı Musiqi Akademiyası ilə birgə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə konsert keçirildi.

Tədbiri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə açdı.

Muzeyin şöbə müdiri Xanım Abdinova ulu öndər Heydər Əliyevin xalqımız qarşısında əvəzsiz xidmətlərindən, hər zaman Azərbaycan mədəniyyətinə, incəsənətinə xüsusi diqqət və qayğısından danışdı.

Sonra muzeyin Qədim musiqi alətləri ansamblının, Bakı Musiqi Akademiyası və BMA-nın məktəb-studiyasının, musiqi məktəblərinin tələbə və şagirdlərinin  ifalarında konsert proqramı təqdim olundu. Proqramda ümummilli liderin vaxtilə sevə-sevə dinlədiyi Azərbaycan bəstəkarlarının və dünya klassiklərinin əsərləri səsləndi.

SAVALAN