XX əsrin əvvəllərində Bakı ədəbi mühitinin tanınmış qəzəlxanı və satirik şairi olmuş Mirhəsən Münsifin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda yeddi dəftər avtoqrafı saxlanılır.

İnstitutdan bildiriblər ki, dəftərlərin birində “Tuti” adı altında 100-dən çox şeir var. Mirhəsən Münsifin bu şeirləri 1914-cü ilin sonlarında Bakıda nəşrə başlayan “Tuti” satirik məcmuəsində 1915-1917-ci illər ərzində mütəmadi çap olunub. Şair öz əsərlərini “Münsif”, “Məxfi”, “Qəmiş”, “Sırtıq” və “Əfi” imzaları ilə nəşr etdirib.

Satirik şairin “Tuti”namə” kitabı bu yaxınlarda çap olunub. Kitabı nəşrə hazırlayan və ön sözün müəllifi Əlyazmalar İnstitutunun əməkdaşı Sona Xəyal, redaktoru filologiya üzrə fəlsəfə doktoru Aytac Zeynalovadır.