Rusiyanın Sankt-Peterburq şəhərində Türkiyə kinosu günləri keçirilir. İyunun 18-də başlanan layihə Rusiya-Türkiyə qarşılıqlı mədəniyyət və turizm ili çərçivəsində Moskva Yunus Əmrə İnstitutunun təşkilatçılığı və Türkiyənin Sankt- Peterburq Baş konsulluğunun dəstəyi ilə reallaşır.
“Rodina” kinoteatrında keçirilən açılış proqramında Türkiyənin Sankt-Peterburqdakı baş konsulu Yunus Belet, Moskva Yunus Əmrə İnstitutunun müdiri Ömər Özkan çıxış ediblər.
Baş konsul tədbirin Peterburqda ilk dəfə təşkil olunduğunu və bunun Türkiyə mədəniyyətinin təbliği yolunda bir başlanğıc olduğunu söyləyib.
Moskva Yunus Əmrə İnstitutunun direktoru bu növ tədbirlərin gələcəkdə daha tez-tez keçiriləcəyini bildirib.
Rejissor Osman Sınavın “Uzun hekayə” filmi ilə açılan Türkiyə kinosu günlərində ümumilikdə 7 ekran əsəri rus dilində alt yazılarla kinosevərlərə təqdim ediləcək.
MEHPARƏ