Yunanıstanın Santorini adasında mifik Atlantida şəhəri barədə ilk muzey açılıb.

Muzey itirilmiş dünya panoramını ziyarətçilərin diqqətinə çatdırır. Ehtimallara görə, məhz Santorini adasında vulkan püskürməsi nəticəsində məhv olan şəhər yeni muzey vasitəsilə yaxından öyrənilə bilər. Burada innovativ 9D texnologiyası vasitəsilə vulkan püskürməsi, sunami və zəlzələləri hiss etmək, şəhərin inkişafına nəzər yetirmək olar.