İyulun 2-də Heydər Əliyev Sarayında “Sazlı-sözlü diyarım mənim” adlı aşıq konserti keçiriləcək.
Sarayın mətbuat xidmətindən bildirilib ki, konsertdə aşıqlar Altay Məmmədli, Solmaz Kosayeva, Ağamurad İsrafilov, Nargilə Mehdiyeva, Gözəl Kəlbəcərli, Cahangir Quliyev, Elməddin Məmmədli, Şəhriyar Qaraxanlı, Avdı Musayev, Şaiq İncəli, şairələr Pərvanə Zəngəzurlu, Güllü Eldar Tomarlı və “Çeşmə” folklor qrupu, “Ruhani” saz qrupu iştirak edəcək.