Sumqayıtda fəaliyyət göstərən Əli Kərim adına Poeziya Klubu tənqidşünas-alim Aydın Məmmədovun 65, nasir Vaqif Nəsibin 70 illiyinin qeyd edilməsi ilə cari ilə planlaşdırdığı ədəbi tədbirlərinə start verib. Dövlət səviyyəsində qeyd edilən 20 Yanvar milli hüzn və 2 fevral Gənclər Günü ilə bağlı yığıncaqlar təşkil edən klub bu qəbildən olan tədbirlərini davam etdirəcək. Bu sıraya klassik şairimiz Q.Zakirin 205, ədəbiyyatşünas-alim Həmid Araslının 100 illik yubileylərinin qeyd olunması, Dünya Gənc Türk Yazarlar Birliyinə üzv şair və yazıçılarla görüş, eləcə də Sumqayıt ictimaiyyəti, oxucularla yerli yazarların təmasını təmin edən ədəbi gecələrin keçirilməsi daxildir.
   1988-ci ilin fevralında erməni təxribatı ilə baş vermiş Sumqayıt hadisələrini yaddaşlarda təzələyəcək klub beynəlxalq «Ana dili günü»nü qeyd etmək, 2009-cu ilin dövlət səviyyəsində Uşaq ili elan edilməsi münasibəti ilə öz ədəbi tədbirini təşkil etməyi də planlaşdırır. Bu çərçivədə uşaq yazarları ilə görüşlər də nəzərdə tutulub. Klub ilin noyabrında qeyd ediləcək Sumqayıt şəhərinin salınmasının 60 illiyinə də ciddi surətdə hazırlaşır. Təşkil olunacaq tədbirlər sırasına sumqayıtlı yazarların bu şəhəri vəsf edən şeirlərindən ibarət kitabın nəşri də daxil edilib.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar