Kolumbiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə iyulun 3-də Bakıda bu ölkənin musiqi gecəsi keçirilib.
“Hyatt Regency” hotelində gerçəkləşən tədbirdə Kolumbiyanın “Puerto Candelaria” qrupu çıxış edib. Latın Amerikası xalqlarının musiqilərini ifa edən kollektivin bir neçə uğurlu albomu (“Cinema Tropico”, “Kolombian Jazz”, “Amor u Deudas”, “Yo Me Llamo Cumbia” və s.) buraxılıb və dünyanın bir çox ölkələrinə qastrol səfərləri olub.
Qrupun konserti maraqla qarşılanıb. Tədbir çərçivəsində Kolumbiya yazıçılarının əsərlərindən və bu ölkənin incəsənət nümunələrindən ibarət sərgi də açılıb.