Bakıda keçirilən UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası ilə əlaqədar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində də tədbirlər nəzərdə tutulub.
“Azərbaycan musiqisinin inciləri UNESCO-nun siyahısında” layihəsi çərçivəsində silsilə tədbirlərdən birincisi Azərbaycan muğam sənətinə həsr olunub.
Tədbirdə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova “XX əsrin əvvəllərinə aid sənədlərdə muğam tarixindən səhifələr” mövzusunda mühazirə ilə çıxış edib. Onun çıxışı muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunub.
Muzeyin Qədim musiqi alətləri ansamblı (bədii rəhbər – Xalq artisti Munis Şərifov) konsert proqramı ilə çıxış edib.