İsveçrənin Val-de-Travers kantonunun Couvet qəsəbəsində beynəlxalq fortepiano müsabiqəsi keçirilir. Müsabiqədə azərbaycanlı gənc pianoçular Leyla Kazımova və Rüstəm Zeynalov da iştirak edirlər.
Ölkəmizin İsveçrədəki səfirliyindən bildirilib ki, beynəlxalq yarışma çərçivəsində, həmçinin Couvet qəsəbəsinin “Temple de Couvet” kilsəsində “Azərbaycanın Dostları” Birliyinin sədri Arzu Əliyeva tərəfindən azərbaycanlı pianoçuların konserti də təşkil olunub.
Konsertdə pianoçular tanınmış Avropa və Azərbaycan bəstəkarlarının əsərlərini ifa ediblər. Konsertdə qəsəbənin ictimaiyyət nümayəndələri və səfirliyin əməkdaşları iştirak ediblər.